Kiyev Dinamo su Zirə nin legionerindən buna görə əlini üzdü | Icma.az
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Zirə"nin futbolçusu Salifu Suma Kiyev "Dinamo"suna keçməyəcək.
Fanat.Az xəbər verir ki, bunu ukraynalı şərhçi və jurnalist Mixail Spivakovski açıqlayıb.
O, bildirib ki, "Dinamo" və LNZ klubları Salifu ilə maraqlansalar da, transfer məbləğinin yüksəkliyi səbəbindən bu keçid baş tutmayacaq: "Doğrudan da "Dinamo"və LNZ Salifu Suma ilə maraqlanırdılar.
Suma 3 gün əvvəl sözün əsl mənasında “Qarabağ”a qarşı yüksək səviyyəli oyun keçirdi.
Həmin görüşdə Aleksey Kaşuk “Qarabağ” üçün, Suma isə “Zirə” üçün 2 qol vurub. Sumanın komandası bu oyunda 3:2 hesabı ilə qalib gəlib.
Salifu həm cinah oyunçusu, həm də mərkəz hücumçu mövqeyindən yaxşı qollar vurdu.
Əsl problem odur ki, “Zirə” futbolçu üçün 1 milyon avro istəyirdi. Məbləğ kifayət qədər böyükdür.
Bunlar hər iki klub - həm "Dinamo", həm də LNZ üçün eyni şərtlərdir. Sumanın statistikası əladır. İndi o, “Zirə” ilə müqavilə teniləyib.
Tam oxu
Xəbəri oxu