Kiyev dördtərəfli görüşə hazırdır

24.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kiyev Rusiya–Ukrayna müharibəsinin dayandırılması məsələsi üzrə Avropa, ABŞ və Rusiyanın iştirakı ilə mümkün dördtərəfli görüşün keçirilməsinə hazırdır. ­"İnterfaks-Ukrayna"nın yaydığı məlumata əsasən, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. “Biz Ukrayna, Avropa, ABŞ və Rusiya arasında dördtərəfli görüşün ən qısa zamanda keçirilməsi üçün hər şeyi etməliyik. Bunu artıq, sözün əsl mənasında, sabah etməyə hazırıq”, – Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna tərəfi belə bir görüşü Milad bayramına qədər təşkil etməyə çalışır. Qeyd edək ki, noyabrın 21-də Zelenski Ukrayna–ABŞ–Avropa–Rusiya formatında növbəti danışıqların ABŞ tərəfinin danışıqların tarixinin gündəliyini bütün iştirakçılarla razılaşdıracağı vaxtdan asılı olduğunu bildirib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью