Kiyev enerji sektoruna hücuma görə danışıqlar qrupunun işini tənzimləyəcək

03.02.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Ukrayna nümayəndə heyətinin sülh danışıqlarındakı işi qarşı tərəfin 3 fevralda enerji sektoruna hücumuna müvafiq olaraq tənzimlənəcək".

525.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiyanın hər belə hücumu Moskvanın münasibətinin dəyişmədiyini təsdiqləyir: 

“Onlar hələ də müharibəyə və Ukraynanın məhvinə ümid edirlər, diplomatiyanı ciddiyə almırlar. Danışıqlar qrupumuzun işi buna uyğun olaraq tənzimlənəcək", -  Zelenski enerji infrastrukturuna sonuncu hücum barədə danışarkən deyib.

Rusiya-ABŞ-Ukrayna sülh danışıqlarının növbəti mərhələsinin 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilməsi gözlənilir. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью