Kiyev hazırda Moskva ilə sülh danışıqları aparmaq istəmir Ukrayna lideri

16.11.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

Hər iki ölkənin fərqli vəziyyətlərinə görə Kiyev hazırda Moskva ilə sülh danışıqları aparmaq istəmir.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Kreml nümayəndələri ilə danışıqlar masası arxasına oturmaq yalnız güclü mövqe olduğu halda mümkündür.

“Ukraynanın güclü olması şərti ilə Rusiya ilə danışıqlar mümkündür. Hazırkı vəziyyət zəif vəziyyətdir”, – Ukrayna lideri qeyd edib.

Azpost.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью