Kiyev hər an sülh istəməlidir Tramp

10.03.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika lideri Ukrayna problemi və Rusiya ilə münasibətlərlə bağlı bir sıra açıqlamalar verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Kiyev “hər an” sülh istəməlidir. O, Kiyevlə faydalı qazıntıların çıxarılmasına dair müqavilənin mümkün uzadılması ilə bağlı suala belə cavab verib:

"Düşünürəm ki, onlar faydalı qazıntılar haqqında sazişi imzalayacaqlar, lakin mən ilk növbədə onların hazırda həqiqətən sülh istəmələrini istəyirəm. Onlar bunu hələ kifayət qədər göstərməyiblər, amma düşünürəm ki, yaxın iki-üç gündə bu daha aydın olacaq", - Tramp brifinqdə deyib.

Prezident həmçinin qeyd edib ki, onun fikrincə, “nə Ukraynanın, nə də Rusiyanın kozırları yoxdur” və döyüşlər tez bir zamanda dayandırılmalıdır.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью