Kiyev ilə Budapeşt arasında casus qalmaqalı baş verib

10.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Budapeşt, 10 may, AZƏRTAC

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan hökuməti Ukraynanın Budapeştdəki səfirliyində çalışan iki ukraynalını “diplomatik pərdə altında” casusluq üstündə ölkədən çıxarıb. O əlavə edib ki, hökumət bundan sonra Kiyevin Macarıstana qarşı böhtançılıq fəaliyyətini davam etdirməsinə dözməyəcək.

AZƏRTAC xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada anti-Macarıstan təbliğatı güclənir, çünki macarlar sülh istəyir və müharibəyə yox deyir: “Biz Ukraynaya silah göndərməmişik və göndərməyəcəyik, həmçinin Macarıstanın müharibəyə cəlb olunmasına imkan verməyəcəyik”.

Nazir bildirib ki, iki agentin ölkədən çıxarılması ilə bağlı protokol Ukraynanın Macarıstandakı səfirinə təqdim olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью