Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiya ordusu Kiyevdə Cənub körpüsünə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “RT” telekanalının “Telegram” kanalında yayımlanıb.
Məlumata görə, Cənub körpüsü Ukraynanın sol və sağ sahilləri arasında tranzit daşımalarının böyük hissəsini təmin edən strateji əhəmiyyətli nəqliyyat arteriyasıdır.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl körpünün Donbasda Ukrayna Silahlı Qüvvələrinin qruplaşmalarının təminatı və hərbi yüklərin daşınması üçün istifadə olunan marşrutlardan birini təmin etdiyini açıqlayıb.
Körpüyə zərbənin nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
Bizim.Media