Kiyev Kurska yeni tip PUA larla hücum edib

15.04.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ukrayna Silahlı Qüvvələri “PD-2” və “Lyutıy” pilotsuz uçan aparatlardan (PUA) istifadə etməklə Kurska gecə hücumu həyata keçirib.
Reyting.az
xəbər verir ki, bu məlumatı “Shot” teleqram kanalı yayıb.
Bildirilir ki, bu, ilkin məlumatdır, çünki regionda raket təhlükəsi rejimi qüvvədə qalmaqdadır.
“Şahidlər bizə dronların çox aşağı hündürlükdə uçduğunu söylədilər. İlkin məlumata görə, Kiyev Kurska yeni tip PUA-larla birləşmiş hücum həyata keçirib”,- deyə məlumatda qeyd olunur.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью