Kiyev metrosunda fövqəladə vəziyyət: Qatarlar hərəkətsiz qaldı

10.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev metrosunda elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə "RBC-Ukrayna" Kiyev Şəhər Dövlət Administrasiyasına istinadən məlumat yayıb.

"Xarici enerji təchizatı mənbələrindən gərginliyin kəsilməsi səbəbindən metroda qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılıb", - məlumatda bildirilib.

Metronun fəaliyyətinin bərpası barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Xatırladaq ki, oktyabrın 10-da raket hücumu nəticəsində Kiyevin Cənubi Borşahivka ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.

Kiyev vilayətinin Buça rayonunda da enerji obyektlərinə hücum nəticəsində elektrik enerjisinin verilişində qəza xarakterli fasilələr qeydə alınır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью