Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu sözləri Ukraynanın şərq cəbhəsinin hərbi sözçüsü Viktor Trequbov mətbuata açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, Moskva dünən gecə yerli vaxtla gecəyarıdan başlayaraq üçgünlük atəşkəs rejimi irəli sürsə də, praktiki cəhətdən hər hansı dəyişiklik yoxdur.
"Rusiya qoşunları elə həmin vaxtdan bəri bir neçə əraziyə hücum həyata keçirib. Saat 22:00-dək bütün cəbhə xəttində 139, bu səhər saat 8-də isə son gün üçün 196 toqquşma qeydə alınıb", - Trequbov bildirib.
Putin Ukraynada atəşkəs əmri verdi
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Ukraynada hərbi əməliyyatların may ayında üç gün müddətinə dayandırılması ilə əlaqədar əmr vermişdi. Kremlin mətbuat katibi Dmitri Peskov da yerli mətbuata açıqlamasında "Ukrayna tərəfi mövqelərimizə hücum həyata keçirərsə, cavab tədbirləri görəcəyik" demişdi.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Rusiya qoşunları elə həmin vaxtdan bəri bir neçə əraziyə hücum həyata keçirib. Saat 22:00-dək bütün cəbhə xəttində 139, bu səhər saat 8-də isə son gün üçün 196 toqquşma qeydə alınıb", - Trequbov bildirib.