Kiyev Moskvada Britaniya səfiri və diplomatlara qarşı terror aktları planlaşdırıb

10.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kiyevin Moskvada Britaniya səfiri və digər diplomatlara qarşı terror aktları təşkil etməyi planlaşdırdığını iddia edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, FSB bununla bağlı Britaniya səfirliyinin keçmiş təhlükəsizlik əməkdaşının saxlanıldığını açıqlayıb. Bildirilib ki, həmin şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti olub və Britaniya diplomatları barədə məlumat toplayıb.

FSB-nin məlumatına görə, Kiyev əldə edilən məlumatlardan Britaniya diplomatik missiyasının rəhbəri və digər diplomatlara qarşı təxribat və terror aktlarının hazırlanması və həyata keçirilməsi üçün istifadə etməyi planlaşdırıb.

İddia edilir ki, məqsəd törədiləcək hücumlara görə Rusiyanı günahlandırmaq, bununla da Böyük Britaniyanı Rusiya ilə birbaşa silahlı qarşıdurmaya cəlb etmək olub. FSB həmçinin Kiyevin bununla Londondan Ukraynaya əlavə silah və hərbi texnika tədarükünü təmin etməyə və Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə çalışdığını bildirib.

Rusiya tərəfinin bu iddiaları ilə bağlı əlavə detallar açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью