Kiyev Moskvaya dəhşətli gecə yaşatdı: İki ilin ən ağır zərbəsi

18.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri avqustun 17-dən 18-nə keçən gecə Moskvaya genişmiqyaslı dron hücumu həyata keçirib. 

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, bazar ertəsi axşamından çərşənbə axşamı Moskva vaxtı ilə səhər saat 5:00-a qədər Moskva istiqamətində 620 PUA uçub, onlardan 180-i məhv edilib.

Moskva vilayətinin Boqorodski rayonundakı Atlant Park yaxınlığındakı “Wildberries” anbarına dron hücumu edilib. Moskva vilayət qubernatoru Andrey Vorobyov deyib ki, yanğın artıq lokallaşdırılıb. O əlavə edib ki, Moskva vilayətinə dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla üç nəfər yaralanıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bildirib ki, bölgənin yeddi rayonunda 80-dən çox Ukrayna PUA-sı vurulub. 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gecə Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin bölgələri üzərində Ukraynaya məxsus 791 PUA məhv edib. 
Bildirilib ki, Ukrayna PUA-ları əsasən Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orel, Rostov, Ryazan, Tambov, Tula Moskva vilayətləri, Krasnodar diyarı, Krım Respublikası, Azov və Qara dənizlərinin suları üzərində vurulub.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью