Kiyev münaqişəyə son qoymalıdır: Minsk

27.01.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Ukrayna rəhbərliyi Rusiya ilə münaqişəyə son qoymaq üçün əlindən gələni etməlidir, çünki hər gün minlərlə ukraynalı ölür.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
"Ukrayna rəhbərliyi xalqın ölümünü dayandırmaq üçün əlindən gələni etməlidir. Onlar bu barədə düşünmürlər, amma hər gün minlərlə ukraynalı bu münaqişədə ölür. Heç bir siyasətçinin cəbhə xəttində uşaqları döyüşmür, buna görə də müharibə davam edir", - deyə nazir bildirib.
Volfoviç vurğulayıb ki, ölkəsi münaqişənin Belarusa yayılmasının qarşısını almaq üçün tədbirlər görür:
"Diqqət Silahlı Qüvvələrin sayının artırılmasına və ya ölkəmizin iqtisadiyyatına zərər vurulmasına deyil, əsgər hazırlığının keyfiyyətinə yönəlib. Biz 30 il əvvəl Silahlı Qüvvələrin yaradılması və inkişafı, dövlətin hərbi təşkilatının digər strukturları və ordunun sayı ilə bağlı qəbul edilmiş qərarlara sadiqik".
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью