Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqton səfərindən sonra AXIOS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla görüşdə “Patriot” sistemləri üçün ələkeçirici raketlərin istehsalına lisenziyanın alınmasına dair razılıq əldə olunub.
V.Zelenskinin sözlərinə görə, Tramp məsələnin həllinə kömək etməyə çalışacağına söz verib. O qeyd edib ki, İranla münaqişədən sonra ABŞ-ın belə raketlərə yüksək tələbatı səbəbindən vəziyyət mürəkkəbləşir. Ukrayna lideri bildirib ki, Rusiya Ukraynaya irimiqyaslı hücum zamanı 30-40 ədəd ballistik raketdən istifadə edir və hər ay bu cür 3-5 hücum həyata keçirir. Zelenski onu da deyib ki, yaxın 2 həftə ərzində Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər edə bilərlər.
XQ