Kiyev planını açıqladı: Bu ölkələrin toqquşmasını istəyirik

07.02.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin Rusiya ilə ABŞ arasında münaqişə yaratmaq istədiyini bəyan edib.

Ölkə.Az xəbər verir ki, bu fikri Mixail Podolyak "RBC-Ukrayna"ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, Kiyev Rusiya ilə ABŞ arasında birbaşa hərbi münaqişənin qızışdırılması üçün istənilən variantı nəzərdən keçirir, lakin belə bir planı həyata keçirmək son dərəcə çətindir.

O hesab edir ki, belə dövlətlər arasında münaqişə Ukrayna üçün son dərəcə faydalı olacaq.

“Bu bizim üçün daha faydalı olardı, çünki bu səviyyəli münaqişənin öz üstünlükləri var, lakin biz bunun son dərəcə çətin olduğunu başa düşürük”, - Podolyak qeyd edib.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью