Kiyev qaranlığa qərq oldu Video

14.10.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiya ordusunun Kiyevin enerji infrastrukturuna zərbələri şəhərdə elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Insıder UA” “Telegram” kanalı Ukrayna paytaxtının qaranlığa qərq olma anını əks etdirən görüntülər paylaşıb.

“Hücumdan sonra Kiyevdə işığın kəsilmə anı. Həmçinin su ilə bağlı problemlər barədə məlumat var”, - paylaşımda deyilir.

Ümumilikdə şəhərin Darnitski, Dneprovski, Peçerski, Solomenski və Qoloseyevski rayonlarında elektrik enerjisinin verilməsinin dayandırıldığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью