Kiyev Qərbin dəstəyi olmadan terror aktları törədə bilməz Peskov

16.10.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"Kiyev Qərb kəşfiyyat orqanlarının dəstəyi olmadan enerji infrastrukturuna qarşı terror aktları həyata keçirə bilməz və bu, göz qabağındadır".

"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov  deyib. 

Onun sözlərinə görə, Kiyev kritik enerji infrastrukturuna qarşı bu cür terror aktlarına cəhd etməkdə davam edir və bu cəhdlərin mürəkkəbliyi onu göstərir ki, ukraynalılar özləri bunu edə bilməzdilər.

"Bu, Qərbin kəşfiyyat agentliklərinin iştirakı olmadan həyata keçirilə bilməzdi və indiki halda bu, ingilislərin işidir".

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, Britaniya kəşfiyyat orqanları Rusiyaya qarşı terror aktlarının təşkilində və həyata keçirilməsində birbaşa iştirak edir. O qeyd edib ki, London Kiyevlə birlikdə yeni hücuma hazırlaşır. Bu dəfə hədəf “Türk axını” qaz kəməridir.

Gülayə Mecid  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью