Kiyev raket və dronlarla vuruldu

22.02.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və Kiyev vilayətinə raketlər, eləcə də "Şahed" tipli pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində vilayətin Sofiyevskaya Borşaqovka (Sofiyivska Borşahivka) ərazisindəki binalardan birində güclü yanğın başlayıb. Hadisə şahidləri sosial şəbəkələrdə ərazidən dəhşətli kadrlar paylaşıblar.

Vilayət Hərbi Administrasiyasından həmçinin bildirilib ki, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasına da mərmi düşüb. Zərbənin təsirindən binanın dam örtüyü yanır. Hazırda tələfat və dağıntılar barədə dəqiq məlumat araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью