Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 7 oktyabr, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində Darnitski rayonunda azı 2 nəfər həlak olub.
Bu barədə AZƏRTAC Kiyev Şəhər Hərbi Administrasiyasına istinadla məlumat yayıb.
Gecə ərzində Kiyev bir neçə dəfə ballistik raketlərlə vurulub. Hava zərbələri nəticəsində Obolon, Podol və Şevçenkivski rayonlarında dağıntılar qeydə alınıb. Rusiya ordusu bu gecə, həmçinin Poltova vilayətinə, Kremençuk şəhərinə, Çerniqov vilayətinə raket və dron zərbələri endirib. Yaşayış binalarında dağıntılar qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev