Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib

17.07.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək.

Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью