Kiyev rusları İkinci Dünya Müharibəsindən qalan Amerika topu ilə vurur VİDEO | Icma.az
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Armiya TV"-nin yaydığı məlumata görə, bu, onilliklər ərzində döyüş meydanında effektivliyini sübut etmiş İkinci Dünya Müharibəsindən qalan haubitsadır.
Atıcılardan biri reportajda sovetin D-30 topundan Amerika M101-ə keçidin çətin olmadığını deyib.
"Döyüşçülər rus işğalçılarının yerləşdikləri ərazilərdə - desantların məskunlaşdığı binalarda və digər piyada sığınacaqlarında işləyirlər.
Əsgərlərin sözlərinə görə, bu qədim texnika köhnə olmasına baxmayaraq, ona vaxtında texniki xidmət göstəriləndə xarab olmur", - nəşr yazıb.
Qeyd edək ki, bu Amerika silahı İkinci Dünya Müharibəsindən qalıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib.
Tam oxu
Xəbəri oxu