Kiyev seçkiləri qəsdən keçirmir Zaxarova

04.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna hakimiyyətinin ölkədə seçkilər keçirməkdən bilərəkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, Kiyev seçkilərin nəticəsinin necə olacağını və xalqın hazırkı hakimiyyətə münasibətini anlayır.

Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə RT-yə müsahibəsində danışıb.

“Onlar seçkiləri qəsdən keçirmirlər, çünki nəticənin necə olacağını anlayırlar. İnsanların onlara nifrət etdiyini başa düşürlər”, - deyə diplomat vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Kiyevin seçkilərdən imtinası təhlükəsizlik məsələləri ilə bağlı deyil. O bildirib ki, Ukrayna hakimiyyəti seçki prosesindən yayınmaq üçün müxtəlif səbəblər irəli sürür.

Qeyd edək ki, bundan əvvəl amerikalı jurnalist Kristofer Helali Vladimir Zelenskinin seçkilərin keçirilməməsi səbəbindən legitimliyini itirdiyini və onun yalnız hərbi güc vasitəsilə dayandırıla biləcəyini iddia edib.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью