Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.
Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə 4 ballistik raket atılıb. Əsas hədəf enerji, kritik və logistik infrastrukturlar olub.
Kiyev şəhər meri Vitali Kliçko əhalini sığınacaqlarda məskunlaşmağa çağırıb.
Kiyev vilayət Hərbi Administrasiyasının verdiyi məlumata görə, raket zərbələri nəticəsində dağıntılar qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev