Kiyev silah alışında böyük pullar itirib

16.05.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin yazdığına görə, Kiyev böyük avanslar alan, lakin heç vaxt silah və ya onların komponentlərini çatdırmayan az tanınan şirkətlərlə müqavilələr bağlayıb.
“Bundan əlavə, hərbi texnika tez-tez şişirdilmiş qiymətlərlə alınsa da, istifadəyə yaramayıb. Yüksək tələbat və müharibə şəraitində bu cür səhvlər yüz milyonlarla dollarla qiymətləndirilən əhəmiyyətli maliyyə itkiləri ilə nəticələnib”, - qəzetdə dərc olunan materialda vurğulanır.
Nəşrin jurnalistləri qeyd ediblər ki, Ukraynanın vasitəçilərin və şübhəli şirkətlərin iştirakı ilə tədarükləri təşkil etmək cəhdləri avans ödənişi, sifariş müddətlərinin pozulamsı və nasaz avadanlıqların çatdırılmasından sonra podratçıların “yoxa çıxması” ilə nəticələnib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью