Kiyev: Ukrayna üçün limit ləğv olunub

15.10.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “Yevropeyskaya pravda” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın NATO-dakı səfiri Alyona Getmançuk jurnalsitlərə açıqlamasında belə deyib.
“Bayden dövründə avropalı müttəfiqlərə yardım formatları ilə bağlı hədd qoyulmuçdu və digər ölkələrin də bunu yerinə yetirəcəyi gözlənilirdi. Lakin heç bir halda onu aşa bilmək olmazdı. İndi isə bunun əksi baş verir. Tramp administrasiyası avropalıları öz təhlükəsizlikləri və Ukraynaya dəstək üçün nəyə hazır olduqlarını sərgiləməyə təşviq edir”, - ukraynalı diplomat bildirib.
Bununla belə, Getmançuk Avropadan silah tədarükünün Amerikanın hərbi dəstəyini tam əvəz edə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, NATO-nun yeddi ölkəsi oktyabrın 15-də Ukrayna üçün silah alışını elan etməyi planlaşdırır.
Bundan əvvəl ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Mettyu Uitaker Ukraynaya əhəmiyyətli silah tədarükü ilə bağlı açıqlama veriləcəyini söyləmişdi.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью