Kiyev və Budapeşt arasında diplomatik buzlar əridi

25.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Kiyev və Budapeşt arasında diplomatik fasilə aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında keçirilən görüş iki ölkə arasında dialoqun bərpasına imkan yaradıb.
 

Tərəflər bir sıra ikitərəfli mexanizm və komissiyaların fəaliyyətini yenidən başlatmaq, həmçinin Ukraynada yaşayan macar milli azlığının hüquqları ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.


Sibiqa vurğulayıb ki, danışıqların əsas nəticələrindən biri hökumətlər, dövlət qurumları və vətəndaşlar səviyyəsində iki ölkə arasında etimadın bərpası olub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью