Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, ötən gecə Ukrayna PUA-ları “Ozon”un Rostov vilayətindəki müəssisəsinə zərbə endirib və nəticədə yanğın baş verib.
Bölgədə dron təhlükəsi səbəbindən müəssisənin işçiləri əvvəlcədən təxliyə edilib. İlkin məlumatlara görə, heç kim xəsarət almayıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bildirib ki, hücum nəticəsində yeddi nəfər xəsarət alıb və iki çoxmənzilli binaya və fərdi evlərə ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun 29-u gecəsi növbətçi hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 313 Ukrayna dronu ələ keçirib və məhv edib.
Rusiya da öz növbəsində Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.
“Strana.ua”nın verdiyi xəbərə görə, Rusiya ballistik raketlərdən və PUA-lardan istifadə etməklə zərbələr endirib.
Nəticədə Kiyev bölgəsində Buça rayonu zavodda raketlərin yerləşdiri anbarda güclü yanğın və ardınca partlayışlar baş verib. Nəticədə ölənlər və yaralananlar var. Verilən xəbərə görə, hadisə yerindən 165 nəfər təxliyə edilib, 6 nəfər isə yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Rusiya qüvvələri Buçada “Flamingo” qanadlı raketləri və FP-1/FP-2 uzaqmənzilli pilotsuz uçuş aparatları (PUA) üçün komponentlərin saxlanıldığı anbara zərbə endirib.
Bundan əlavə olaraq Rusiya ordusu Odessanın cənubunda 8 yük maşınını hədəf alıb və nəticədə 5 maşını tamamilə yanıb. İlkin məlumatlara görə, hücumda bir nəfər ölüb, üç nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında oa da bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynadakı logistika mərkəzlərinə və dəniz limanlarına, xüsusən də İzmail və Nikolayev limanları hədəf alınaraq zərbələr endirilib.
Mürtəza