Kiyev yenə bombalandı Yenə ölənlər və yaralananlar var + VİDEO

29.11.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sülh danışıqları ətrafında saxta ajiotaja baxmayaraq, Rusiya Ukraynanın dinc şəhərlərini viran qoymaqda və əhaliyə qarşı qətliam törətməkdə davam edir.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, ötən gecə və səhər saatlarında Rusiya Kiyevə və ətraf bölgələrə raketlər və dronlarla hücum edib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, şəhərdə 2 nəfər həlak olub, azı 15 nəfər yaralanıb.

Zərbələr əsasən enerji infrastrukturunu hədəf alıb. Kiyev və ətraf ərazilərdəki əksər abunəçilər elektrik enerjisi, su və istiliksiz qalıb. Şəhərin bir neçə ərazisində dağıntılar və yanğınlar qeydə alınıb. Paytaxtın qərb hissəsinin hazırda tamamilə elektriksiz qaldığı bildirilir.

“AzPolitika.info”

https://x.com/Newsfeed883920/status/1994650942147629235?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1994650942147629235%7Ctwgr%5E4ba652c40fdafbb419cebbf329d0b72ca20dc50c%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fhaqqin.az%2Fnewsarchive%2F367526


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью