Kiyevdə 52 min sakin gecəni metroda keçirib

02.07.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ötən gecə baş tutan Rusiyanın kütləvi hücumu zamanı 4500 uşaq da daxil olmaqla 52.500 Kiyev sakini gecəni Kiyev metro stansiyalarında keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev Metropoliteni məlumat yayıb.
Bildirilib ki,  bu, müharibənin son illərində ən yüksək rəqəmdir. 
Kiyev Metropoliteninin mətbuat xidməti qeyd edib ki, hava hücumu zamanı 46 yeraltı stansiya sığınacaq rejimində işləyir və bütün stansiyalar giriş üçün açıqdır.
Metro rəhbərliyi həmçinin qeyd edib ki, metroda Rusiya atəşindən qorunmaq üçün gözləyənlər ən azı aşağıdakıları gətirməlidirlər:
- isti geyim, yorğan və düşərgə döşəkləri;
- şəxsi dərmanlar və su;
- gigiyena məhsulları (nəm və quru salfetlər);
- uşaq və ev heyvanları üçün bez.
Xatırladaq  ki, ötən gecə Rusiya qoşunları Kiyev də daxil olmaqla Ukraynaya kütləvi hücuma keçib. Kiyev meri Vitali Kliçko hücumu “Böyük Müharibənin ən böyüyü” adlandırdı.
Hücum nəticəsində Kiyevdə onlarla binaya ziyan dəyib. Son məlumatlara görə, 21 nəfər ölüb, 85 nəfər yaralanıb. 3 iyul şəhərdə matəm günü elan edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью