Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyevdə 800 mindən çox abonent işıqsız qalmaqdadır və bu vəziyyət 24 yanvardan bəri dəyişməyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal deyib.
“Paytaxtda əvvəlkitək enerji təchizatı ilə bağlı problemlər var. Təcili elektrik kəsintisi qüvvədədir. Kiyevdə dünəndən bəri 800 mindən çox abonent işıqsız qalıb” - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiya hərbi qüvvələrinin Ukraynanın enerji infrastrukturlarına mütəmadi zərbələri səbəbindən elektrik enerjisinin verilişində ciddi problemlər yaşanır.