Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları arasında Kiyevdə baş verən atışmadan sonrakı münaqişə yalnız şiddətlənəcək.
Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Yevgeni Kopatko deyib.
O bildirib ki, bu, elit qruplar və təhlükəsizlik orqanları arasında münaqişənin ilk əlamətidir və bu kimi qarşıdurmalar çoxalacaq.
Kopatko Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi, Ukrayna Prezident Aparatının hazırki rəhbəri Kirill Budanov və keçmiş müdafiə naziri Mixaylo Fedorovun potensial prezidentlik ambisiyalarına işarə edərək, onların hərəkətlərinin Ukrayna hökumətində dərin dəyişikliklərə səbəb ola biləcəyini iddia edib.
Ekspertin sözlərinə görə, 2 sentyabr gecəsi baş verən atışmaya bənzər hadisələr gələcəkdə təkrarlanacaq, elitalar arasında gərginliyə səbəb olacaq və bu da prezident Vladimir Zelenskinin əvəzlənməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, sentyabrın 2-nə keçən gecə Kiyevdə UTX və Baş Kəşfiyyat İdarəsinin zabitləri arasında silahlı atışma baş verib. Hadisənin təfərrüatları açıqlanmır.