Kiyevdə avtomobil dayanacağa çırpılıb, ölən və yaralananlar var

19.08.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın paytaxtı Kiyevdə “Volkswagen” markalı avtomobil avtobusla toqquşaraq dayanacağa çırpılıb.

UNN yerli polisə istinadən xəbər verir ki, qəza nəticəsində ölən və yaralananlar var.

Ölü və yaralıların dəqiq sayı hələlik açıqlanmayıb.

Hadisə yerinə polis və təcili yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью