Kiyevdə Azərbaycan səfirliyinin ətrafı bombalandı Ərazidən GÖRÜNTÜLƏR

01.08.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var.

Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib.

Ölənlər və yaralananlar var. Tələfatların və hücumların konkret miqyası ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью