Kiyevdə barda atışma YARALI VAR VİDEO

12.10.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Kiyevdə naməlum şəxs bardakı istirahət edənlərə atəş açıb. Nəticədə bir qız xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri UNİAN yayıb.
Oktyabrın 11-i axşamı Kiyevin mərkəzində barın ziyarətçilərindən biri oraya sevgilisi ilə gəlmiş bir qıza sataşıb. Qızın yanında olan oğlan buna etiraz edəndə, həmin şəxs qrup halında olan insanlara tapançadan atəş açıb.
Hadisə nəticəsində atəş açanı dayandırmağa çalışan qız yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Atəş açan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью