Kiyevdə bütün əyləncə tədbirləri qadağan edildi KONKRET

07.09.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ukraynanın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib və şəhər rəhbərliyi yeni məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərdə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar açıq ərazilərdə və sığınacağı olmayan binalarda bütün əyləncə, həmçinin fiziki-idman tədbirləri müvəqqəti olaraq qadağan olunub.

Bununla belə, sentyabrın 10-dan etibarən Kiyevdə komendant saatı yumşaldılacaq: o, gecə yarısından deyil, saat 01:00-dan səhər 05:00-dək qüvvədə olacaq.

İctimai nəqliyyatın iş rejimi də uzadılacaq (metro təxminən saat 23:30-da bağlanacaq), lakin iaşə müəssisələrinin və ticarət mərkəzlərinin iş qrafiki dəyişməz qalır. Xatırladaq ki, bir gün əvvəl paytaxtda hava təhlükələri ilə bağlı differensial xəbərdarlıq sistemi tətbiq edilib.

Yerli KİV-lərin məlumatına görə, bu tədbirlər Rusiyanın strateji aviasiyanı “Olenya” aerodromuna köçürməsi və mümkün massiv raket zərbəsinə hazırlıq görməsi fonunda qəbul edilib.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью