Kiyevdə ENERGETİKA BÖHRANI Bir dənə də olsun elektrik stansiyası qalmadı

23.10.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ukraynanın paytaxtı Kiyevdə artıq heç bir elektrik stansiyası və fərdi elektrik enerjisi istehsalı mənbəyi qalmayıb.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
Kliçko paytaxtın qaz təchizatından da tam asılı vəziyyətdə olduğunu vurğulayıb.
Kliçko Kiyev ərazisində heç bir qaz quyusunun istifadəyə yararlı vəziyyətdə və bu səbəbdən yanacaq təminatında xarici mənbələrdən asılılığın kritik həddə çatdığını bildirib.
 

Qeyd edək ki, Rusiyanın kütləvi raket və dron zərbələrindən sonra Kiyevdəki hər üç İstilik-Elektrik Mərkəzi (İEM/ТЭЦ) fəaliyyətini tamamilə dayandırıb və hazırda elektrik enerjisi istehsal etmək iqtidarında deyil.


Şəhərdə energetika infrastrukturunun sıradan çıxması fonunda kommunal böhranın dərinləşdiyi bildirilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью