Kiyevdə güclü partlayışlar: “Düşmən raketləri havadadır”

25.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümummilli hava hücumu xəbərdarlığından sonra Kiyevdə güclü partlayış səsləri eşidilib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Ukrayna boyu raket təhlükəsi var. Hərbi Hava Qüvvələri “Telegram”da xəbərdarlıq edib, Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə ballistik raket təhlükəsi barədə məlumat verib:

"Şahad pilotsuz təyyarələri və düşmənin qanadlı raketləri havadadır. Həmçinin ballistik raket və Kinjal atışları təhlükəsi var". Hava hücumundan müdafiə vasitələri işə salınıb və  düşmən hədəflərini vurur”.

O, əhalini sığınacaqlarda qalmağa çağırıb.

AFP jurnalistləri bir neçə partlayış və dron səsləri eşidib, paytaxt üzərində bir neçə raket vurulub. Kiyev meri Vitali Kliçko paytaxtda su və elektrik təchizatının kəsildiyini bildirib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью