Kiyevdə hərbi komissarlıqda atışma: yaralananlar var

20.10.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Ukraynanın paytaxtı Kiyevin Peçorsk rayonunda ərazi komplektləşdirmə və sosial dəstək mərkəzinin (hərbi komissarlıq) binasında baş verən atışma nəticəsində üç polis əməkdaşı və üç hərbçi yaralanıb.

Bu barədə Ukrayna Milli Polisi "Telegram" kanalında məlumat yayıb.

İlkin məlumata görə, atəşi səfərbərlik qanunvericiliyini pozduğuna görə mərkəzə gətirilən şəxs açıb.

"Üç polis əməkdaşı və üç hərbçi yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, onlara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda bildirilib.

Atəş açan şəxs saxlanılıb. Hadisə yerində polis idarələrinin istintaq-əməliyyat qrupları işləyir. Hadisənin təfərrüatı araşdırılır.

///oxu.az///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью