Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiyanın gecə hücumundan sonra Kiyevdə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Paton körpüsünün yaxınlığında böyük tıxaclar qeydə alınıb.
Şimal və Cənub körpülərinin bağlanması, eləcə də metronun yaşıl xəttinin yerüstü hissəsində hərəkətin dayandırılması vəziyyəti daha da çətinləşdirib.
Kiyev meri Vitali Kliçko Rusiya hücumuna məruz qalan Şimal körpüsünün görüntülərini yayımlayıb. Hazırda mütəxəssislər körpülərdəki zədələrin miqyasını araşdırırlar.
Bizim.Media