Kiyevdə matəm elan edilib

29.08.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Avqustun 29-u Rusiyanın hücumu nəticəsində 4-ü uşaq olmaqla 23 nəfərin həlak olması səbəbindən Kiyev və regionda matəm günü elan edilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial media hesabında məlumat verib.

Diplomat həmçinin qeyd edib ki, Ukraynanın Azərbaycandakı səfirliyi ünvanına başsağlığı müraciətləri göndərilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью