Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29.05.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Kiyevdə müharibəni işıqlandıran məşhur rejissor və jurnalist Kristofer Uoltersin üzərinə eyvan uçub.

Bakupost.az xəbər verir ki, o, eyvanın uçması nəticəsində xəsarət alıb.

“Paytaxtın mərkəzində eyvanlar belə uçur... İnsanların keçdiyi yerdə. Raketlər, pilotsuz təyyarələr uçarkən, kiminsə məsuliyyətsizliyi ucbatından eyvanlardan xəsarət alırıq!” - jurnalist hadisəni çəkdiyi videoda qeyd edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko insidentlə bağlı açıqlama verib. O, hadisənin Podolsk rayonunda baş verdiyini təsdiqləyib və fəsadların aradan qaldırılması ilə bağlı göstəriş verildiyini bildirib.

Bakupost.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью