Kiyevdə nazir müavininə qarşı sui qəsdin qarşısı ALINDI

20.01.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna paytaxtı Kiyevdə ölkənin səhiyyə nazirinin birinci müavini Sergey Dubrova qarşı sui-qəsd hazırlayan kişi və qadın ifşa edilib. Onlar silah almaq istəyərkən saxlanılıblar.

"Unikal" xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.

Saxlanılanlara qarşı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (Qəsdən adam öldürməyə hazırlıq) ilə ittiham irəli sürülüb. Onları 15 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью