Kiyevdə on minlərlə insan üç gündür elektriksiz qalıb

29.12.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya tərəfindən Ukraynanın enerji infrastukturuna hücum səbəbindən paytaxt Kiyevdə 10 minlərlə insanın yaşadığı mənzilin elektrik enerjisi kəsilib.

Reyting.az xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Onun sözlərinə görə, son Rusiya hücumu Kiyev bölgəsinin enerji infrastrukturuna ciddi ziyan vurub.

Nazir müavini bildirib ki, Kiyevin sol sahilində və bölgənin müəyyən rayonlarında təcili kəsintilər davam edir.

N. Kolesnik əlavə edib ki, elektrik şəbəkəsini sabitləşdirmək üçün müəyyən bölgələrdə təcili elektrik kəsintilərinin tətbiqinə məcbur olublar.

“Qalan bölgələrdə sənaye və müəssisələr üçün saatlıq elektrik kəsintiləri və enerji məhdudiyyətləri qrafikləri qüvvədədir. İstehlakçılar paylama sistemi operatorlarının rəsmi veb saytlarından ən son məlumatları əldə edə bilərlər”, - deyə nazir müavini qeyd edib.

Kolesnik bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən bir sıra bölgələrdə 215 yaşayış məntəqəsi qismən elektriksizdir.

Qeyd edək ki, 27 dekabrda Rusiya Kiyevə və ətraf bölgəyə dronlar və ballistik raketlərlə kütləvi hücuma keçib. Əsas hədəf enerji infrastrukturu olub.

Deputat Sergey Nahornyakın deyib ki, Kiyev bölgəsində elektrik kəsintiləri bir həftə ərzində sabitləşəcək.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью