Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib. Hadisədən sonra şəhərin bəzi ərazilərində elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Insider.UA” “Telegram” kanalı məlumat yayıb.
İlkin məlumata görə, pilotsuz uçuş aparatlarının qalıqları elektrik xəttinin üzərinə düşüb. Nəticədə Kiyev və Kiyev vilayətinin bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.
Bundan başqa, Kiyevin bəzi rayonlarında su təchizatında da problemlər yaranıb. Jitomir, Poltava və Çerniqov vilayətlərində də qəza səbəbindən elektrik enerjisinin kəsilməsi barədə məlumat yayılıb.
Kiyev meri Vitali Kliçko bildirib ki, elektrik təchizatında yaranan problemlər səbəbindən su təchizatı sistemindəki nasos stansiyalarının bir hissəsi enerjisiz qalıb. Onun sözlərinə görə, şəhərin sağ sahilində su təchizatında fasilələr müşahidə olunur.
Qeyd edək ki, oktyabrın 7-nə keçən gecə Kiyevdə hərbi və enerji infrastrukturu obyektlərinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulduğu bildirilib. İlkin məlumata görə, Kiyev vilayətinin ən güclü elektrik stansiyası olan Tripolsk İstilik Elektrik Stansiyası da zərbələrə məruz qalıb.
Xədicə BAXIŞLI