Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya ordusu Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib. Hücumlar nəticəsində 6-sı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, ümumilikdə 7 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə UDY-nin rəhbəri Aleksandr Pertsovski Feysbuk hesabında məlumat paylaşıb.
O qeyd edib ki, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib:
"Bundan başqa deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər. Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb".