Kiyevdə sabah matəm olacaq VİDEO

02.07.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusunun Ukrayna paytaxtına endirdiyi amansız kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı artıq 13 nəfərə çatıb. Dağıntılar altında qalan mülki şəxslərin axtarışı fasiləsiz davam edir. Hazırda xilasedicilər 15 yaşlı bir qızı və onun ailəsini dağılmış konstruksiyaların altından çıxarmağa çalışırlar.
Bizim.Media xəbər verir ki, baş vermiş kütləvi insan tələfatı ilə əlaqədar olaraq sabah Kiyev şəhərində matəm günü elan edilib.
Hadisə yerlərində axtarış-xilasetmə işləri davam etdirilir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью