Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

28.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev, 28 sentyabr, AZƏRTAC

Rusiya ordusu sentyabrın 27-si axşam saatlarında Ukraynanın Kiyev şəhərinin ən böyük “Stoliçnı” bazarına hava zərbəsi endirib.

AZƏRTAC xəbər verir ki, Kiyev vilayət Prokurorluğunun yaydığı məlumata görə, hava hücumu zamanı bazarda yanğın baş verib və nəticədə iki nəfər ölüb. Daha 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, “Stoliçnı” bazarında çalışan soydaşlarımız da var. Həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımız da var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью