Kiyevdə Trampın kadr təyinatlarına sevinirlər

13.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi Ukrayna rəsmiləri Donald Trampın ABŞ prezidenti seçilməsi və onun kadr təyinatlarına nikbin yanaşırlar.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Ukraynadakı vəziyyətlə tanış olan mənbə kanala “Kiyev bu təyinatlara bir qədər sakit baxır. Onlar aydın şəkildə bilirlər ki, qarşılıqlı əlaqə üçün imkanlar var”, - deyə vurğulayıb.

Qeyd olunur ki, məmurların nikbinliyi münaqişənin genişlənməsindən ehtiyat edən Co Bayden administrasiyası ilə müqayisə ilə əlaqələndirilir.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью