Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI SƏBƏB

07.10.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiyevdə bir neçə marşrut üzrə tramvayların hərəkəti dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Problemlərin partlayışlar nəticəsində elektrik xətlərində baş vermiş elektrik enerjisinin kəsintisindən qaynaqlandığı açıqlanıb.
"Elektrik kəsintisinə görə Kontraktova meydanında 11, 12, 14, 16, 18 və 19 nömrəli tramvaylar gecikir" – məlumatda deyilib.
Qeyd edək ki, daha əvvəl Kiyevdə və Kiyev vilayətində partlayışlar nəticəsində anbara və enerji obyektlərinə ziyan dəydiyi bildirilmişdi. 
Bizim.Media
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью