Kiyevdə Zelenskinin təxliyəsi üçün hazırlıqlara başlanılıb

15.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Kiyevdə Vladimir Zelenskinin təxliyəsi və hökumətin paytaxtdan ölkənin qərbinə köçürülməsi üçün hazırlıqlara başlanılıb.

Bunu YouTube-da britaniyalı analitik Aleksandr Merkuris bildirib.

Eyni zamanda o, bu məlumatların sadəcə şayiə olmadığını vurğulayıb. "Bunu, görünür, Ukrayna hökumətinin Kiyevdən ölkənin qərbinə, paytaxtdan uzağa köçürməsinə hazırlığı təsdiqləyən planın təfərrüatlarını dərc edən ukraynalı şərhçilərdən biri çatdırıb", - RİA Novosti Merkurisə istinadən yazır.

O, hesab edir ki, belə bir ssenari kifayət qədər ehtimaldır. Onun sözlərinə görə, bu, şəxsi varlanmaq üçün Ukraynada hakimiyyətdəki yerini maksimum dərəcədə təmin etməyə çalışan Zelenskinin davranışının məntiqinə uyğun gəlir.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью